KTMT-nin baş katibi: Ermənistan rəhbərliyi ölkənin üzləşdiyi təhlükəsizlik təhdidlərini qiymətləndirməlidir

KTMT-nin baş katibi: Ermənistan rəhbərliyi ölkənin üzləşdiyi təhlükəsizlik təhdidlərini qiymətləndirməlidir

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) rəsmi İrəvanın birliyin işində iştirakını məhdudlaşdırmaq qərarına baxmayaraq, Ermənistana qarşı öhdəliklərini tam şəkildə saxlayır.

“Birxeber.Az” “İzvestiya”ya istinadən xəbər verir ki, bu barədə KTMT-nin baş katibi İmanqali Tasmaqambetov bildirib.

"Ermənistan həqiqətən KTMT-nin işində iştirakını məhdudlaşdırıb, lakin qarşılıqlı fəaliyyətin əsas mexanizmləri fəaliyyət göstərir, təşkilatın gündəliyi üzrə işlər davam etdirilir", - Tasmaqambetov deyib.

O vurğulayıb ki, KTMT-nin Ermənistana qarşı bütün öhdəlikləri təşkilatın nizamnamə məqsəd və prinsiplərinə tam uyğun şəkildə saxlanılır.

KTMT-nin baş katibi onu da qeyd edib ki, İrəvanın seçimi – təşkilatın tərkibində qalmaq və ya təşkilatı tərk etmək - bu müstəqil dövlətin suveren qərarı olacaq.

"Başqa bir məsələ Ermənistanın hazırkı rəhbərliyinin ölkənin üzləşdiyi milli təhlükəsizlik təhdidlərini və risklərini necə qiymətləndirməsidir", - Tasmaqambetov vurğulayıb.

Eyni zamanda, onun sözlərinə görə, təşkilatın Katibliyinin analitikləri "Ermənistanın KTMT-dən çıxması halında Cənubi Qafqazdakı güc balansının dəyişə biləcəyini qeyd edirlər, lakin bu vəziyyətdə regional təhlükəsizlik amillərinin işləyəcəyini, təsirini proqnozlaşdırmaq və ya hesablamaq olduqca çətindir.

"Ermənistanın KTMT ilə qarşıdurmasının ehtimalından danışarkən, ümid edirəm ki, bu, fərziyədən başqa bir şey deyil, tərəflərin resurs bazasını və real imkanlarını nəzərə almaq lazımdır, buna görə də məsələ hazırda son dərəcə aktual kimi təsnif edilə bilməz, təhlil tələb edir", - Tasmaqambetov vurğulayıb.