Argentinanın XİN başçısı Çinə rəsmi səfər edəcək

Argentinanın XİN başçısı Çinə rəsmi səfər edəcək

Argentinanın xarici işlər naziri Diana Mandino aprelin 28-30-da Çinə rəsmi səfər edəcək, burada həmkarı, ÇXR-in xarici işlər naziri Van İ ilə danışıqlar aparacaq.

“Birxeber.Az” xəbər verir ki, bu barədə Argentina XİN-in yaydığı bəyanatda bildirilir.

"Aprelin 28-30-da Argentina XİN başçısı ÇXR-ə səfər edəcək. Ticarətin təşviqi tədbirləri və investorlarla ünsiyyət daxil olmaqla geniş rəsmi görüş proqramı təşkil ediləcək", - diplomatik qurumdan bildirilib.

Mandino iqtisadiyyatın müxtəlif sektorlarından olan sahibkarların geniş nümayəndə heyətinin müşayiəti ilə Şanxay və Pekinə səfər edəcək və burada Argentinanın investisiya imkanlarının təşviqi forumlarında iştirak edəcək.

Van və Argentina xarici işlər naziri ilə görüş zamanı "ikitərəfli maraq doğuran əsas məsələləri təhlil etmək" niyyətindədir.