Nyu Yorkda Fələstinlə həmrəylik aksiyasının 133 iştirakçısı saxlanılıb

Nyu Yorkda Fələstinlə həmrəylik aksiyasının 133 iştirakçısı saxlanılıb

ABŞ-nin Nyu-York şəhərində polis Fələstinlə həmrəylik aksiyasının 133 iştirakçısını saxlayıb.

APA xəbər verir ki, bu barədə Nyu-York polis idarəsi məlumat yayıb.

Bildirilib ki, Fələstin Həmrəylik Koalisiyasına bağlı etirazçılar “kortəbii” nümayiş keçirərək meydanda çadırlar qurublar.

Polis 133 nəfəri saxlamağa məcbur olub. Daha sonra onların hamısı sərbəst buraxılıb.