Zelenski əlavə HHM sistemlərinin tapılmasında Danimarkadan kömək gözləyir

Zelenski əlavə HHM sistemlərinin tapılmasında Danimarkadan kömək gözləyir

Ukrayna Prezidenti Vladimir Zelenski Danimarkanın sənaye naziri Morten Bedskov ilə danışıqlar zamanı əlavə hava hücumundan müdafiə (HHM) sistemlərinin tapılmasında Danimarkanın köməyinə ümid etdiyini bildirib.

Birxeber.Az xəbər verir ki, bu barədə Ukrayna lideri özünün “Telegram” kanalında yazıb.

“Biz əlavə hava hücumundan müdafiə sistemlərinin tapılmasında Danimarkanın köməyinə ümid edirik”, - dövlət başçısı bildirib.

Zelenskinin sözlərinə görə, bu sistemlər xüsusilə Ukraynanın Nikolayev vilayətini qorumaq üçün istifadə olunacaq.