Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Rusiya Müdafiə nazirinin müavini Timur İvanov rüşvət almaqda şübhəli bilinərək saxlanılıb.

Birxeber.Az-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusita İstintaq Komitəsinin Telegram kanalı məlumat yayıb.

“Cinayət Məcəlləsinin 290-cı maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli bilinərək (rüşvət alma) Rusiya müdafiə nazirinin müavini Timur Vladimiroviç İvanov saxlanılıb”, - deyə məlumatda deyilir.

Qeyd edək ki, 2012-ci ildə İvanov Moskva vilayəti hökuməti sədrinin müavini vəzifəsində çalışıb. 2013-2016-cı illərdə - "Oboronstroy" ASC-nin baş direktoru.
2016-cı ilin mayında prezidentin sərəncamı ilə müdafiə nazirinin müavini təyin edilib.


***
22:29

Müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb.

Birxeber.Az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, nazir müavini rüşvət almaqda şübhəli bilinir.