Rumıniyalı ekspert: Azərbaycanın qlobal istiləşmə məsələlərinə önəm verməsi böyük əhəmiyyət kəsb edir

Rumıniyalı ekspert: Azərbaycanın qlobal istiləşmə məsələlərinə önəm verməsi böyük əhəmiyyət kəsb edir

"Neft hasilatçısı olan bir ölkə kimi Azərbaycanın ətraf mühitə fayda verəcək tədbirə ev sahibliyi etməsini yüksək qiymətləndirirəm".

APA-nın xəbərə görə, bunu jurnalistlərə Rumıniyanın Münaqişələrin Qarşısının alınması və Erkən Xəbərdarlıq Mərkəzinin rəhbəri Yulian Kifu söyləyib.

O bildirib ki, Azərbaycanın qlobal istiləşmə məsələlərinə önəm verməsi böyük önəm kəsb edir:

"Hər il olduğu kimi çox mükəmməl bir tədbir keçdi. Çünki bu tədbirdə Prezidentin şəxsən özündən onun üçüncü ölkələrlə siyasətinin gələcək perspektivləri barədə məlumat almaq imkanımız oldu. Biz sabah Laçına yola düşəcəyik. Bu isə bizə orada baş verənlərlə bağlı ətraflı məlumat almağa imkan verəcək. İşğaldan azad olunmuş Qarabağın yenidən qurulmasına şahidlik etmək çox gözəl hissdir. BMT-nin Tərəflər Konfransı olan "COP29"-un Bakıda keçirilməsinə də toxunmaq istəyirəm. Bu tədbir qlobal istiləşmə ilə mübarizə baxımından son dərəcə böyük ön daşıyır. Xüsusilə də neft hasilatçısı olan bir ölkənin ətraf mühitə fayda verəcək tədbirə ev sahibliyi etməsini yüksək qiymətləndirirəm. Çünki ətraf mühitin mühafizəsi insan hüquqları ilə birlikdə Avropa İttifaqının önəm verdiyi problemlərdən biridir. Azərbaycanın ətraf mühitin qorunmasına, qlobal istiləşməyə önəm verməsi mühüm hadisədir".