Britaniya diplomatı: ABŞ, Avropa Ermənistana dəstək baxımından diqqətli olmalıdırlar

Britaniya diplomatı: ABŞ, Avropa Ermənistana dəstək baxımından diqqətli olmalıdırlar

Qərbin Ermənistanı sosial, iqtisadi sahədə dəstəkləməsi və Rusiyadan asılılığın azaldılması yaxşı haldır. Mən strateji baxımdan bu dəstəklə bağlı pessimist deyiləm.

Birxeber.Az xəbər verir ki, bunu aprelin 23-də ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edən Britaniyanın Azərbaycandakı sabiq səfiri Ceyms Şarp jurnalistlərə açıqlamasında deyib.

“Ancaq eyni zamanda Azərbaycan tərəfinin də narahatlığını anlayıram. Azərbaycan düşünə bilər ki, bu yaxınlaşmaya görə Ermənistan Azərbaycanla konstruktiv danışıqlara getməz. Bu səbəbdən də ABŞ, Avropa da Ermənistana dəstək baxımından diqqətli olmalıdırlar ki, bu dəstək hərbi sahəyə, hər hansı silahların təminatına deyil, ölkənin demokratiyasının güclənməsinə və Rusiyadan asılılğın azaldılmasına yönəlmiş olsun”, diplomat əlavə edib.