Peter Vajda: "Azərbaycanın COP29-a ev sahibliyi etməsi çox mühüm hadisədir"

Peter Vajda: "Azərbaycanın COP29-a ev sahibliyi etməsi çox mühüm hadisədir"

Prezident İlham Əliyevin "COP29" ilə bağlı səsləndirdiyi fikirlər hər kəs kimi mənim də marağıma səbəb oldu.

Birxeber.Az-nın xəbərinə görə, bu fikirləri jurnalistlərlə Ətraf mühitin qorunması üzrə ekspert Peter Vajda bölüşüb.

O bildirib ki, hazırda dünya miqyasında ətraf mühit sahəsində bir çox mütəxəsis "COP29", yəni BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflər Konfrasının 29-cu sessiyasının gedişi və əldə edəcəyi nəticələr maraqlandırır.

"Belə bir tədbirin keçirilməsi şəxsən məni məmnun etdi. Məni daha çox "COP29" kimi mühüm bir tədbirə hazırlıqlar maraqlandırır. Bu səbəbdən də Azərbaycan Prezidenti İlham Əliyevin bu mövzuda səsləndirdiyi prioritetləri dinləmək son dərəcə faydalı oldu. Mən hesab edirəm ki, neft-qaz hasilatçısı olan və iqtisadiyyatının təməlini məhz bu sahənin təşkil etdiyi Azərbaycanın belə bir tədbirə ev sahibliyi etməsi çox mühüm hadisədir".