Keçmiş məcburi köçkün: “Laçının gələcəyi parlaqdır, bütün dünya artıq Laçını tanıyır”

Keçmiş məcburi köçkün: “Laçının gələcəyi parlaqdır, bütün dünya artıq Laçını tanıyır”

“Laçının gələcəyi parlaqdır, bütün dünya artıq Laçını tanıyır”.

“Report” xəbər verir ki, bunu Laçın sakini Vüqar Məmmədov deyib.

“Laçında inkişaf gedir, gedib-gələnlərdən də bunu duyuruq. Deyilənə görə, balıqçılıq yüksək səviyyədə inkişaf edir. Eyni zamanda, bölgədə hava limanı da tikilir ki, bu da gələcəkdə turizmin də inkişafına yol açacaq. Laçının gələcəyi parlaqdır. Bütün dünya artıq Laçını tanıyır”, – sabiq məcburi köçkün vurğulayıb.

Ona doğma yurduna qayıtmağı nəsib etmiş Azərbaycan Ordusunun şəhid olmuş hərbi qulluqçularına Allahdan rəhmət, qazilərə isə cansağlığı diləyib. O, eyni zamanda Azərbaycan Prezidenti İlham Əliyevə də minnətdarlığını bildirib.

Xatırladaq ki, bu gün Laçına növbəti köç karvanı yola salınacaq.