Dünya bazarında “ağ qızıl” bahalaşır: Bu fakt Azərbaycan iqtisadiyyatına necə təsir edəcək?

Dünya bazarında “ağ qızıl” bahalaşır: Bu fakt Azərbaycan iqtisadiyyatına necə təsir edəcək?
Dünyada pambığın qiyməti son 10 ilin ən yüksək səviyyəsinə qalxıb. Xarici medianın yaydığı xəbərə görə, beynəlxalq bazarda 1 funt və yaxud 455 qram pambığın qiyməti 1 ABŞ dollarını keçib. Belə ki, qiymət birdən-birə 8,8 faiz artaraq 1,07 dollara çatıb. Bu, əmtəə birjalarında satılan digər məhsullar arasında ən yüksək bahalaşma dinamikasıdır. Maraqlıdır, bu bahalaşma nədən qaynaqlanır? Pambığın qiymətinin artması Azərbaycan iqtisadiyyatına, o cümlədən pambıqçılıq təsərrüfatına necə təsir göstərəcək?

Mövzu ilə bağlı fikirlərini "Kaspi” qəzetinə açıqlayan Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə bildirib ki, dünya bazarında pambığın qiymətinin artmasına əsas səbəb tədarük zəncirindəki fasilələrdir. Onun sözlərinə görə, enerji təchizatında yaranan problemlər, həmçinin əmtəə ehtiyatlarının azalması da prosesə öz təsirini göstərir: "Dünya bazarında pambıq mahlıcının qiyməti 1 ton üçün 2 min dollara qədər yüksəlib. Bu, son illər üzrə ən yüksək səviyyələrdən biridir. Qiymətin bahalaşmasının əsas səbəbi ən böyük pambıq ixracatçılarından olan ABŞ-da istehsalın həcminin və buna uyğun olaraq da dünya bazarında təklifin azalmasıdır. ABŞ-ın pambıqçılıqla məşğul olan bəzi ştatlarında havaların yağmurlu keçməsi, zərərvericilərin yayılması məhsuldarlığın azalmasına təsir edir. Yəni, ABŞ-dakı pambıq istehsalının azalması səbəbi ilə ümumi təklif azalıb. Bunun müqabilində həm ABŞ-da, həm də Çində tekstil sənayesinin tələbatı artıb. Belə əsaslı səbəblərdən dünya bazarında pambığın qiymətində artım müşahidə olunur. Əgər 2019-2020-ci marketinq ilində Çinin mövcud pambıq ehtiyatlarının istehlak həcminə nisbəti 111 faiz, 2020-21-ci marketinq ilində 98 faiz idisə, 2021-22-ci marketinq ilində bu nisbət 85 faizə qədər azalıb. Dünya üzrə ilin sonuna proqnozlaşdırılan qalıqların – ehtiyatın istehlaka nisbət göstəricisi əvvəlki 95 və 76 faizdən 2021-22-ci ildə 70 faizə düşəcəyi gözlənilir”.
Mütəxəssis deyib ki, ümumi ehtiyat azaldığından və tələbat artdığından pambığın dünya bazarında qiyməti artır: "Bazarın təhlilləri onu göstərir ki, Çin ilə yanaşı, Türkiyə və Pakistanın tekstil sənayesinin tələbatının artması da pambıq xammalına olan ehtiyacı çoxaldıb. Bir sözlə, dünyanın əsas istehsalçılarından olan ABŞ-da təbii səbəblərdən pambıq istehsalının həcmində azalma gözlənilir. Amma Çin, ABŞ, Türkiyə və Pakistan kimi tekstil ölkələrində pambığa olan tələbat artır. Ona görə də, dünya bazarında pambığın qiyməti yüksəlir. Dünya bazarında pambığın qiymətinə təsir edən əsas amil Çinin bu məhsula olan tələbatının artıb-azalmasıdır. Çinin pambıq ehtiyatı azalıb tələbatı artanda qiymətlər qalxır, ehtiyatı çoxalıb tələbatı azalanda, tekstil sənayesi zəifləyəndə isə dünyada pambıqçılığa olan tələbat azalır, qiymət artmır”.


www.xeber.online
İQTİSADİYYAT İQTİSADİYYAT
Azərbaycan nefti bahalaşdı

Azərbaycan nefti bahalaşdı

İQTİSADİYYAT İQTİSADİYYAT
Azərbaycan Rusiyadan gələn məhsullara məhdudiyyət qoydu

Azərbaycan Rusiyadan gələn məhsullara məhdudiyyət qoydu

İQTİSADİYYAT İQTİSADİYYAT
Dünya bazarında “ağ qızıl” bahalaşır: Bu fakt Azərbaycan iqtisadiyyatına necə təsir edəcək?

Dünya bazarında “ağ qızıl” bahalaşır: Bu fakt Azərbaycan iqtisadiyyatına necə təsir edəcək?