İlham Əliyev BƏƏ-nin yeni Prezidentini təbrik edib

İlham Əliyev BƏƏ-nin yeni Prezidentini təbrik edib

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Əlahəzrət Şeyx Məhəmməd bin Zayed Al Nəhyana təbrik məktubu ünvanlayıb.

Birxeber xəbər verir ki, məktubda deyilir:

"Əlahəzrət,

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm. Bu, ölkənizdə Sizə olan böyük etimadın təzahürü, Birləşmiş Ərəb Əmirliklərinin inkişafı və çiçəklənməsi yolunda xidmətlərinizə verilən yüksək qiymətdir.

Biz Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında əlaqələrin hərtərəfli inkişafına böyük əhəmiyyət veririk. Bu il ikitərəfli əlaqələrimizin tarixində əlamətdar ildönümü – ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edəcəyik. Məmnunluqla vurğulamaq istəyirəm ki, bu dövr ərzində siyasi əlaqələrimizin yüksək səviyyəsi qarşılıqlı fəaliyyətimizin əhatə dairəsinin genişlənməsində mühüm rol oynamış, iqtisadi, enerji, investisiya və digər sahələrdə uğurlu əməkdaşlığımızı şərtləndirmişdir.

İnanıram ki, İslam həmrəyliyi kimi möhkəm təməl üzərində qurulmuş, qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan dostluq əlaqələrimizin daha da inkişafı, əməkdaşlığımızın dərinləşdirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da müvəffəqiyyətlə davam etdirəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, Birləşmiş Ərəb Əmirliklərinin dost xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar arzulayıram".

Birxeber
SİYASƏT SİYASƏT
İlham Əliyev Vladimir Putinə zəng edib

İlham Əliyev Vladimir Putinə zəng edib

SİYASƏT SİYASƏT
Mikayıl Cabbarov Qırğız Respublikasının Prezidenti ilə görüşdü - FOTO

Mikayıl Cabbarov Qırğız Respublikasının Prezidenti ilə görüşdü - FOTO

SİYASƏT SİYASƏT
"TEKNOFEST-Azərbaycan"ın proqramında DƏYİŞİKLİK

"TEKNOFEST-Azərbaycan"ın proqramında DƏYİŞİKLİK

SİYASƏT SİYASƏT
Ceyhun Bayramov ÜST-ün baş direktoru ilə görüşdü

Ceyhun Bayramov ÜST-ün baş direktoru ilə görüşdü

SİYASƏT SİYASƏT
Ceyhun Bayramov Toivo Klaarla görüşüb - FOTO

Ceyhun Bayramov Toivo Klaarla görüşüb - FOTO

SİYASƏT SİYASƏT
İlham Əliyev və Mehriban Əliyevanın dinə, dini abidələrə xüsusi diqqət və qayğısı – ŞƏRH

İlham Əliyev və Mehriban Əliyevanın dinə, dini abidələrə xüsusi diqqət və qayğısı – ŞƏRH

SİYASƏT SİYASƏT
Ceyhun Bayramov BMT-nin Cenevrə bölməsinin baş direktoru ilə görüşdü

Ceyhun Bayramov BMT-nin Cenevrə bölməsinin baş direktoru ilə görüşdü

SİYASƏT SİYASƏT
Bakıda NATO-nun təlim kursu keçirilib - FOTO

Bakıda NATO-nun təlim kursu keçirilib - FOTO

SİYASƏT SİYASƏT
Rusiya XİN: Bakı-İrəvan münasibətlərinin normallaşmasının əsasını üçtərəfli bəyanatlar təşkil edir

Rusiya XİN: Bakı-İrəvan münasibətlərinin normallaşmasının əsasını üçtərəfli bəyanatlar təşkil edir

SİYASƏT SİYASƏT
Milli Məclisin aprelin 26-da keçiriləcək iclasının gündəliyi açıqlanıb

Milli Məclisin aprelin 26-da keçiriləcək iclasının gündəliyi açıqlanıb

SİYASƏT SİYASƏT
Azərbaycan hərbi pilotları beynəlxalq təlimdə tapşırıqları icra edib - VİDEO

Azərbaycan hərbi pilotları beynəlxalq təlimdə tapşırıqları icra edib - VİDEO

SİYASƏT SİYASƏT
Azərbaycan səfiri: "Polşa ilə aviareys iqtisadi əlaqələri genişləndirəcək"

Azərbaycan səfiri: "Polşa ilə aviareys iqtisadi əlaqələri genişləndirəcək"