Keniya Azərbaycanın sənaye zonaları ilə bağlı modelini tətbiq etmək istəyir

Keniya Azərbaycanın sənaye zonaları ilə bağlı modelini tətbiq etmək istəyir

Keniyalı nümayəndə heyəti Azərbaycanın sənaye zonaları ilə bağlı modelini öyrənib ölkədə tətbiq etmək istəyirlər.

İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyindən (İZİA) “Birxeber.Az”a verilən məlumata görə, Keniyanın Baş nazirinin müşaviri Karaqo Cozef Maquanın rəhbərlik etdiyi nümayəndə heyəti Sumqayıt Kimya Sənaye Parkında olub.

İZİA-nın İdarə Heyəti sədrinin müavini Elkiyar Ziyadov qonaqlara ölkəmizdə fəaliyyət göstərən sənaye zonaları, burada iş adamları üçün yaradılan əlverişli biznes imkanları barədə məlumat verib.

Səfər çərçivəsində əməkdaşlıq əlaqələrinin qurulması, ölkədə mövcud sənaye zonası modelinin öyrənilməsi, birgə təcrübə mübadiləsinin aparılması imkanlarına dair məsələlər müzakirə edilib.

Nümayəndə heyəti Parkın rezidentləri “Assan-STP Panel” MMC-nin sendviç panellərin, “AzerFloat” QSC-nin şüşə lövhələrin istehsalı müəssisələrinin fəaliyyətləri ilə tanış olublar.