Ukrayna millisinin qapıçısı "Mançester Yunayted"ə keçə bilər

Ukrayna millisinin qapıçısı "Mançester Yunayted"ə keçə bilər

İspaniyanın "Real" klubunun və Ukrayna millisinin qapıçısı Andrey Lunin İngiltərə təmsilçisi "Mançester Yunayted"ə keçə bilər.

"Report" "TodoFichajes"ə istinadən xəbər verir ki, 25 yaşlı qolkiper "Real"ın müqavilə müddətini uzatmaq təklifini qəbul etməyib.

Lunin hazırda zədəsini sağaltmaqda davam edən Tibo Kurtuanın əvəzləyicisi olmaq istəmir. “Mançester Yunayted” isə ona “Real”ın təklifindən daha üstün şərtlərlə müqavilə təklif etməyə hazırdır. Həmçinin ona komandanın əsas qapıçısı olacağı vəd ediləcək.

Qeyd edək ki, A.Lunin "Real"ın heyətində cari mövsüm bütün turnirlərdə iştirak etdiyi 28 matçda 25 qol buraxıb.