Ağ Ev: İordaniyadakı ABŞ qüvvələrinə hücuma cavab variantları nəzərdən keçirilir

Ağ Ev: İordaniyadakı ABŞ qüvvələrinə hücuma cavab variantları nəzərdən keçirilir

ABŞ Prezidenti Cozef Bayden İordaniyada ABŞ qüvvələrinə hücumla bağlı mümkün variantları nəzərdən keçirir.

"Report" xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

“ABŞ liderinin dediyi kimi, biz seçdiyimiz vaxtda öz cədvəlimizə uyğun cavab verəcəyik”, - deyə.

Bundan əvvəl ABŞ-ın müdafiə naziri Lloyd Ostin İordaniyada pilotsuz uçan aparatla vurulan bazada üç amerikalı əsgərin həlak olması ilə bağlı başsağlığı verib.