Blinken: Yaxın Şərqdə vəziyyət 1973-cü ildən bəri ən pis dövrünü yaşayır

Blinken: Yaxın Şərqdə vəziyyət 1973-cü ildən bəri ən pis dövrünü yaşayır

ABŞ-ın Yaxın Şərqdəki maraqlarına və qoşunlarına qarşı hücumlara cavab tədbirləri bir neçə mərhələdən və uzun müddət çəkə bilər.

"Birxeber.Az" xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Antoni Blinken NATO-nun Baş katibi Yens Stoltenberqlə birgə mətbuat konfransında bildirib.

Suriya-İordaniya sərhədində ABŞ qüvvələrinə hücumu şərh edən Dövlət katibi deyib: "Biz Yaxın Şərqdəki hərbçilərimizi və maraqlarımızı qoruyacağıq”.

“Yaxın Şərqdə vəziyyət 1973-cü ildən bəri ən pis dövrünü yaşayır. ABŞ regionda vəziyyətin gərginləşməsinin qarşısını almağa çalışır”, - deyə Dövlət katibi əlavə edib.

O, həmçinin vurğulayıb ki, ABŞ İranla müharibəyə can atmır, lakin bölgədəki maraqlarını qorumaq üçün bütün lazımi tədbirləri görəcək və hücumlara cavabı sərt olacaq.