Gömrük xətti ilə büdcə daxilolmaları 5%-ə yaxın azalıb

Gömrük xətti ilə büdcə daxilolmaları 5%-ə yaxın azalıb

Bu ilin I rübündə Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 1 milyard 469,9 milyon manatı və yaxud 15,9 %-i Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə daxilolmaların payına düşüb.

Birxeber.Az-Economics” xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 4.9% və ya 75 milyon manat azdır. Belə ki, ötən ilin yanvar-mart aylarında DGK xətti ilə dövlət büdcəsinə 1 milyard 544.9 milyon manat vəsait ayrılmışdı.

Qeyd edək ki, 2024-cü ilin birinci rübü üzrə dövlət büdcəsinin gəlirləri 8544,8 milyon manat proqnoza qarşı 9234,3 milyon manat təşkil edib.