Şamaxıda leysan fəsadlar yaradıb - FOTO

Şamaxıda leysan fəsadlar yaradıb - FOTO

Şamaxıda güclü leysan yağıb.

Birxeber.Az-nin Şirvan bürosu xəbər verir ki, Şamaxı-Priqulu- Çuxuryurd istiqamətində yağan leysan xarakterli yağış nəticəsində bəzi əraziləri su basıb. Dağlardan gələn sel suları

Şamaxı-Priqulu avtomobil yolunu basdığından bir müddət avtomobillərin hərəkəti dayanıb. Bununla yanaşı, sakinlərə məxsus bəzi yaşayış evlərini su basıb və şəxsi təsərrüfatlara ciddi ziyan dəyib.