Masallıda Viləş çayına 87 min balıq körpəsi buraxılıb

Masallıda Viləş çayına 87 min balıq körpəsi buraxılıb

Masallıda Viləş çayına cəkikimi balıqlardan çəki, enli alın və ağ amur növlərindən olan 87 min balıq körpəsi buraxılıb.

''Birxeber.Az''un Cənub bürosu xəbər verir ki, tədbir Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin, Daxili İşlər Nazirliyinin su polisi bölməsi əməkdaşlarının və Masallı Asan Xidmət nümayəndələrinin iştirakı ilə baş tutub.

Viləş çayına buraxılan balıq körpələri ETSN-nin Kiçik Qızılağac Balıqartırma təsərrüfatında yetişdirilib.

ETSN-nin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firudin Əliyevin sözlərinə görə, məqsəd su hövzələrində balıqların təbii populyasiyasına imkan yaratmaqdır: "Ötən il bu məqsədlə 5 milyon 500 min balıq körpəsi təbii su hövzələrinə buraxılıb. Bu il bu rəqəmin 6 milyona çatdırılması nəzərdə tutulub. Bu kimi tendensiyaların işğaldan azad olmuş ərazilərdə də həyata keçirilməsi nəzərdə tutulub. Balıqların Viləş çayının bu hissəsində suya buraxılması da təsadüfü deyil. 10-20 qram arasında çəkiləri olan balıq körpələri bir müddət burada adaptasiya dövrünü yaşadıqdan sonra dənizə çıxır. Bu da görülən işin effektliyini artırır".

O vurğulayıb ki, bu tədbir brakonyerliklə, qanunsuz ovla məşğul olan şəxslərə də bir mesajdır: "Bu istiqamətdə də aidiyyati qurumlar qanun pozucularına qarşı ciddi tədbirlər görülür".

Ekologiya Ekologiya
Meşə fondu torpaqlarında 100 mindən çox ağac əkilib

Meşə fondu torpaqlarında 100 mindən çox ağac əkilib

Ekologiya Ekologiya
Yuxarı Qarabağ kanalı tullantılardan təmizlənib

Yuxarı Qarabağ kanalı tullantılardan təmizlənib

Ekologiya Ekologiya
Sabah 39 dərəcə isti olacaq

Sabah 39 dərəcə isti olacaq

Ekologiya Ekologiya
Bayram günlərində gözlənilən hava şəraiti açıqlanıb

Bayram günlərində gözlənilən hava şəraiti açıqlanıb

Ekologiya Ekologiya
ETSN: "Ölkənin yüksək dağlıq ərazilərində qarölçmə işləri davam edir"

ETSN: "Ölkənin yüksək dağlıq ərazilərində qarölçmə işləri davam edir"

Ekologiya Ekologiya
Sabah Bakıda sulu qar yağacaq

Sabah Bakıda sulu qar yağacaq

Ekologiya Ekologiya
Azərbaycanda təbii sərvətlərin elektron atlası hazırlanacaq

Azərbaycanda təbii sərvətlərin elektron atlası hazırlanacaq

Ekologiya Ekologiya
DİN əməkdaşları Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı ağacəkmə aksiyası keçirib

DİN əməkdaşları Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı ağacəkmə aksiyası keçirib

Ekologiya Ekologiya
Ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, yağış, qar yağıb

Ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, yağış, qar yağıb

Ekologiya Ekologiya
Biləsuvarda qurumuş ağaclar təhlükəyə çevrilib

Biləsuvarda qurumuş ağaclar təhlükəyə çevrilib

Ekologiya Ekologiya
Muxtar Babayev: “Azərbaycan ərazisində təbii sərvətlərin qanunsuz istismarına son qoyulmalıdır”

Muxtar Babayev: “Azərbaycan ərazisində təbii sərvətlərin qanunsuz istismarına son qoyulmalıdır”

Ekologiya Ekologiya
Küləkli hava şəraiti gecəyə doğru tədricən mülayimləşəcək - FAKTİKİ HAVA

Küləkli hava şəraiti gecəyə doğru tədricən mülayimləşəcək - FAKTİKİ HAVA