Azərbaycanın könüllü həkimləri ilə iş adamları Kahramanmaraşda zərərçəkmişlərə yeməklər paylayır

Azərbaycanın könüllü həkimləri ilə iş adamları Kahramanmaraşda zərərçəkmişlərə yeməklər paylayır

Azərbaycan Könüllü Həkimlər Assosiasiyasının üzvləri və Türkiyədə yaşayan azərbaycanlı iş adamları qardaş ölkədə baş vermiş zəlzələdən sonra zərərçəkmişlərə yardımlar göstərirlər.

"Birxeber.Az"un Türkiyəyə ezam olunmuş əməkdaşının xəbərinə görə, onlar Kahramanmaraş bölgəsinin kəndlərində insanlara isti yeməklər paylayırlar.

İş adamlarının təşkilatçılığı ilə Azərbaycanın milli yeməkləri hazırlanır və daha sonra təbii fəlakətdən zərərçəkmiş şəxslərə verilir.

Assosiasiyanın sədri Oktay Mehdiyev "Birxeber.Az"un Türkiyəyə ezam olunmuş əməkdaşı ilə söhbət edən zaman bildirib ki, hazırda Fövqəladə Hallar Nazirliyinin tərkibində 15 nəfər həkimlə birlikdə Kahramanmaraşda insanlara tibbi fəaliyyət göstərirlər.

Onun sözlərinə görə, bununla yanaşı Kahramanmaraşda Azərbaycan Könüllü Həkimlər Assosiasiyasının üzvləri Türkiyədə yaşayan azərbaycanlı iş adamları ilə birgə insanlara yardım edirlər:

"Biz iş adamları ilə birlikdə çadır şəhərciklərində yaşayan zərərçəkmişlərə yeməklər paylayırıq. Orada əvvəl 1500-2000 nəfərlik stollar açırıq. Sonra söhbətlər edir, dərdlərini bölüşürük. Məqsədimiz onların dərdlərini az da olsa azaltmaqdır. Biz göstərmək istəyir ki, Azərbaycan xalqı onların yanındadır, dərdlərinə şərikdir. Bu çətin gündə qardaşlarımızın yanında olmağı özümüzə borc bilirik. Uşaqlarla birgə də söhbətlər aparırıq, onları stol başına toplayırıq. Zəlzələdə ən çox uşaqlar qorxu hissi keçirib. Onlara psixoloji yardımlar göstəririk".

O.Mehdiyev qeyd edib ki, insanlara yardımların paylanılmasında Azərbaycanın fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev və Fövqəladə Halların Nazirliyinin digər rəsmi şəxsləri də iştirak edir:

"Eyni zamanda yeməklərin paylanılmasında Azərbaycan könüllüləri də fəal iştirak edir".

Türkiyədə yardımlar göstərən şəxslərdən biri də azərbaycanlı iş adamı Rauz Bəylərovdur.

Türkiyənin İstanbul şəhərində yaşayan iş adamı deyib ki, Kahramanmaraşda qeydə alınan təbii fəlakətdən sonra Azərbaycan Könüllü Həkimlər Assosiasiyasının üzvləri ilə birgə zərərçəkmişlərə yardımlar göstərməyə başlayıb.

O söyləyib ki, Kahramanmaraşın artıq bir neçə çadır şəhərciyində və kəndlərində olublar:

"Bu yardımlarımız mütəmadi olaraq davam edəcək. Sonuna qədər qardaşlarımıza yardımlarımızı əsirgəməyəcəyik. Tez bir zamanda bu çətin günləri geridə qoyacağıq".

HADİSƏ HADİSƏ
Xəzər dənizində iki nəfər batıb

Xəzər dənizində iki nəfər batıb

HADİSƏ HADİSƏ
Cəbrayılda şirkət əməkdaşı minaya düşüb, üç barmağı amputasiya edilib - YENİLƏNİB-2

Cəbrayılda şirkət əməkdaşı minaya düşüb, üç barmağı amputasiya edilib - YENİLƏNİB-2

HADİSƏ HADİSƏ
Bakıda "Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus vaqonlar yanıb

Bakıda "Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus vaqonlar yanıb

HADİSƏ HADİSƏ
Bakıda avtomobillər toqquşub, 23 yaşlı gənc qız xəsarət alıb

Bakıda avtomobillər toqquşub, 23 yaşlı gənc qız xəsarət alıb

HADİSƏ HADİSƏ
Qobustan rayonunda növbəti zəlzələ qeydə alınıb

Qobustan rayonunda növbəti zəlzələ qeydə alınıb

HADİSƏ HADİSƏ
Yevlaxda ata və oğulu bıçaqlamaqda şübhəli bilinən şəxslər saxlanılıb

Yevlaxda ata və oğulu bıçaqlamaqda şübhəli bilinən şəxslər saxlanılıb

HADİSƏ HADİSƏ
Abşeronda karxanada pozuntular aşkarlanıb

Abşeronda karxanada pozuntular aşkarlanıb

HADİSƏ HADİSƏ
Türkiyədə zəlzələdə həlak olan azərbaycanlı tələbələrin cənazələri Bakıya gətirilib - VİDEO

Türkiyədə zəlzələdə həlak olan azərbaycanlı tələbələrin cənazələri Bakıya gətirilib - VİDEO

HADİSƏ HADİSƏ
Kürdəmirdə avtomobil piyada zolağını keçən şəxsi vurub

Kürdəmirdə avtomobil piyada zolağını keçən şəxsi vurub

HADİSƏ HADİSƏ
Qusarda qeysəriyyə əməliyyatı keçirən qadın ay yarımdan sonra xəstəxanada ölüb

Qusarda qeysəriyyə əməliyyatı keçirən qadın ay yarımdan sonra xəstəxanada ölüb

HADİSƏ HADİSƏ
Nərimanovda 20 yaşlı oğlanı avtomobil vurub

Nərimanovda 20 yaşlı oğlanı avtomobil vurub

HADİSƏ HADİSƏ
Mingəçevir sakini dəm qazından boğularaq ölüb

Mingəçevir sakini dəm qazından boğularaq ölüb