Dirijor Faiq Sadıqovun vəziyyəti açıqlanıb

Dirijor Faiq Sadıqovun vəziyyəti açıqlanıb

Əməkdar artist, Prezident təqaüdçüsü, Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və baş dirijoru Faiq Sadıqov dünən özəl tibb müəssisəsindən TƏBİB-in tabeliyində fəaliyyət göstərən Mərkəzi Neftçilər Xəstəxanasına köçürülüb.

Bu barədə Birxeber.Az-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, ona zəruri tibbi xidmət göstərilib.

"Xəstə ağciyərlərin xroniki obstruktiv xəstəliyinin kəskinləşmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Hazırda vəziyyəti ağır stabil olaraq qiymətləndirilir", - deyə məlumatda qeyd edilib.