Naxçıvanda Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlı bölmələri ilə taktiki-xüsusi təlim keçirilib

Naxçıvanda Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlı bölmələri ilə taktiki-xüsusi təlim keçirilib

Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlı bölmələri ilə “Şiddətli soyuqlarda döyüş əməliyyatlarının aparılması” mövzusunda taktiki-xüsusi təlim keçirilib.

Əlahiddə Ümumqoşun Ordunun Mətbuat xidmətindən “Birxeber.Az”un yerli bürosuna verilən məlumata görə, şiddətli soyuqlarda döyüş əməliyyatlarını və xilasetmə tədbirlərini yüksək peşəkarlıqla aparmaq, komandir heyətinin bölmələrin idarə edilməsi üzrə bilik və bacarıqlarını təkmilləşdirmək məqsədilə təlimə cəlb edilmiş bölmələrlə məşqlər keçirilib.

Məşqlər zamanı bölmələrin qış şərtlərində ərazidə məskunlaşma qabiliyyətləri və təchizatları yoxlanılıb. Qarlı-çovğunlu havalar və çətin keçilə bilən ərazilər üçün nəzərdə tutulmuş təchizat, müxtəlif dağ ləvazimatları və ərzaqla təmin edilmiş hərbi qulluqçular təlim rayonunda hazırladıqları sığınacaqlarda yaşayıb gecələyiblər.

Təlim zamanı keçirilən praktiki məşğələlərdə yüksək dağlıq ərazilərdə donvurma zamanı görülən təxirəsalınmaz tədbirlər, kəskin relyefli ərazilərdə sərt iqlim şəraitində ilk tibbi yardımın göstərilməsi və yaralıların döyüş meydanından təhlükəsiz şəkildə təxliyə edilməsi qaydaları şəxsi heyətə çatdırılıb.

Şəxsi heyətin şiddətli soyuqlarda döyüş tapşırıqlarını yerinə yetirmə bacarıqlarının yoxlanıldığı taktiki-xüsusi təlimdə xüsusi təyinatlı qruplar gündüz və gecə şəraitində şərti düşmən arxasında taktiki fəaliyyətləri icra ediblər. Verilən tapşırığa əsasən qruplarla şərti düşmənin yerləşdiyi əraziyə basqın fəaliyyəti yerinə yetirilib.

Basqın fəaliyyəti zamanı yaralanan hərbi qulluqçuya çevik şəkildə tibbi yardım göstərildikdən sonra çətin keçiləbilən ərazilər üçün nəzərdə tutulmuş hərbi daşıma vasitələrinin köməyi ilə yaralının təxliyəsi həyata keçirilib.

Qarlı-şaxtalı şəraitdə şəxsi heyətin xizək sürmə vərdişlərinin, hərəkətli və hərəkətsiz vəziyyətdə atəşaçma bacarıqlarının təkmilləşdirildiyi təlimdə qarşıya qoyulmuş məqsədlərə nail olunub.

HƏRBİ HƏRBİ
MN: “Qanunsuz erməni silahlıları hərbi daşımalarda təcili tibbi yardım maşınlarından istifadə edirlər”

MN: “Qanunsuz erməni silahlıları hərbi daşımalarda təcili tibbi yardım maşınlarından istifadə edirlər”

HƏRBİ HƏRBİ
Zakir Həsənov Ramazan bayramı münasibətilə şəxsi heyəti təbrik edib

Zakir Həsənov Ramazan bayramı münasibətilə şəxsi heyəti təbrik edib

HƏRBİ HƏRBİ
Erməni təxribatçılarının Azərbaycan Ordusunun mövqeləri arasında basdırdığı minalar zərərsizləşdirilib

Erməni təxribatçılarının Azərbaycan Ordusunun mövqeləri arasında basdırdığı minalar zərərsizləşdirilib

HƏRBİ HƏRBİ
Ermənistanda əsir saxlanılan azərbaycanlı əsgər 20 il müddətinə azadlıqdan məhrum edilib

Ermənistanda əsir saxlanılan azərbaycanlı əsgər 20 il müddətinə azadlıqdan məhrum edilib

HƏRBİ HƏRBİ
Xocavənddə qeyri-qanuni erməni silahlılarının fortifikasiya qurğuları quraşdırması cəhdinin qarşısı alınıb

Xocavənddə qeyri-qanuni erməni silahlılarının fortifikasiya qurğuları quraşdırması cəhdinin qarşısı alınıb

HƏRBİ HƏRBİ
Azərbaycandakı hərbi attaşelər Qarabağdakı antiterror tədbirləri barədə məlumatlandırılıb

Azərbaycandakı hərbi attaşelər Qarabağdakı antiterror tədbirləri barədə məlumatlandırılıb

HƏRBİ HƏRBİ
MN: "Azərbaycan Ordusunun mülki obyektləri atəşə tutması barədə məlumatlar tamamilə yalandır"

MN: "Azərbaycan Ordusunun mülki obyektləri atəşə tutması barədə məlumatlar tamamilə yalandır"

HƏRBİ HƏRBİ
Azad olunmuş ərazilərdə döyüş növbətçiliyi yüksək səviyyədə təşkil edilir

Azad olunmuş ərazilərdə döyüş növbətçiliyi yüksək səviyyədə təşkil edilir

HƏRBİ HƏRBİ
Azərbaycanın Quru Qoşunları təlimlərə başlayıb

Azərbaycanın Quru Qoşunları təlimlərə başlayıb

HƏRBİ HƏRBİ
Müdafiə naziri: “ABŞ Azərbaycanın İkinci Qarabağ müharibəsindəki təcrübəsi ilə maraqlanır”

Müdafiə naziri: “ABŞ Azərbaycanın İkinci Qarabağ müharibəsindəki təcrübəsi ilə maraqlanır”

HƏRBİ HƏRBİ
Müdafiə naziri: "Azərbaycan Ordusunda Türkiyə Silahlı Qüvvələrinə uyğun islahatlar həyata keçirilir"

Müdafiə naziri: "Azərbaycan Ordusunda Türkiyə Silahlı Qüvvələrinə uyğun islahatlar həyata keçirilir"

HƏRBİ HƏRBİ
Qırğızıstanın müdafiə naziri Azərbaycanda komando hərbi hissəsində olub

Qırğızıstanın müdafiə naziri Azərbaycanda komando hərbi hissəsində olub