Zelenski və Rişi Sunak arasında telefon danışığı olub

Zelenski və Rişi Sunak arasında telefon danışığı olub

Ukrayna Prezidenti Vladimir Zelenski və Böyük Britaniya Baş naziri Rişi Sunak arasında telefon danışığı olub.

APA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Zelenski "X" hesabında bildirib.

"Böyük Britaniya Ukrayna üçün yarım milyard funt sterlinq dəyərində bu günə qədər ən böyük müdafiə dəstəyi paketini ayırıb.

"Storm Shadow" və digər raketlər, yüzlərlə zirehli texnika, döyüş sursatları - bütün bunlar döyüş meydanında lazımdır.

Mən Böyük Britaniyaya və şəxsən Baş nazir Sunaka bu cür güclü dəstək nümayişinə və xüsusilə dəniz və uzaq mənzilli imkanlara diqqət yetirməklə müdafiə sahəsində əməkdaşlığımızı daha da inkişaf etdirmək istəyinə görə minnətdaram", - Zelenski bildirib.

O əlavə edib ki, tərəflər "Rusiyanın dondurulmuş aktivlərinin müsadirə edilməsi üçün effektiv modelin zəruriliyini müzakirə ediblər".