Şoyqu Rusiya sərhədləri yaxınlığındakı NATO qüvvələrinin sayını açıqlayıb

Şoyqu Rusiya sərhədləri yaxınlığındakı NATO qüvvələrinin sayını açıqlayıb

Rusiya Federasiyasının sərhədləri yaxınlığında NATO qoşunları qruplaşmasının sayı açıqlanıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya müdafiə naziri Sergey Şoyqu bildirib. Onun sözlərinə görə, Rusiya sərhədləri yaxınlığında NATO qoşunları qruplaşmasının sayı 33 min nəfərdir.

Şoyqu Rusiya ilə sərhəddə NATO-nun 300-ə yaxın tank və 800-dən çox digər zirehli döyüş maşınının olduğunu da söyləyib.

Qeyd edib ki, 90 minə qədər hərbçi Rusiya tərəfindən guya hazırlanan təcavüzünü dəf etmək üçün NATO-nun bir sıra təlimlərində iştirak edir.