Türkiyə Superliqası: “Qalatasaray” qələbə qazanıb, “Trabzonspor” isə öz meydanında uduzub

Türkiyə Superliqası: “Qalatasaray” qələbə qazanıb, “Trabzonspor” isə öz meydanında uduzub

Futbol üzrə Türkiyə Superliqasında XXIII tura yekun vurulub.

"Report" xəbər verir ki, son oyun günündə dörd qarşılaşma baş tutub.

"İstanbulspor" "Samsunspor"la, "Kayserispor" "Antalyaspor"la 1:1 hesablı bərabərliyə razılaşıb. "Qalatasaray" öz meydanında "Qaziantep"i çətinliklə məğlub edib - 2:1. "Trabzonspor" isə evdə "Kasımpaşa"ya 2:3 hesabı ilə uduzub.

Qeyd edək ki, turnir cədvəlinə 60 xalla "Fənərbağça" başçılıq edir. Eyni xala malik "Qalatasaray" ikincidir. Üçüncü pillədəki "Trabzonspor"un 37, dördüncü sıradakı "Beşiktaş"ın isə 36 xalı var.