Bakının məşhur bulağında su kranları yenilənib

Bakının məşhur bulağında su kranları yenilənib

Artıq bir neçə aydır davam edən “Bir Damcı” kampaniyası çərçivəsində daha bir layihəyə başlanılıb.

“Report”un xəbərinə görə, təkcə təbliğat işləri ilə kifayətlənməyən kampaniya təşkilatçıları bu dəfə Bakı Şəhər İcra Hakimiyyəti ilə birlikdə əməli tədbirlərlə sudan qənaətlə istifadəyə töhfə veriblər.

Layihə çərçivəsində “İçərişəhər” metrostansiyasının çıxışında yerləşən məşhur bulaqda su kranları yenilənib.

Bulağın kranları qənaətli su kranları ilə əvəzlənib. Bu kranlar sayəsində suyun boşuna axmasının qarşısı alınıb, həmçinin istifadə zamanı da daha az su itkisinə nail olunub. Buna qədər isə bulağın suyu gecə-gündüz dayanmadan axır və bir neçə dəqiqənin ərzində belə litrlərlə suyun israf olması ilə nəticələnirdi.

Kampaniya təşkilatçıları bildirib ki, gələcəkdə də paytaxtın müxtəlif ərazilərində daimi axarlı bulaqlarda su kranlarının əvəzlənməsi işləri davam etdiriləcək. Bu işdə sakinlərin də dəstək göstərməsi, küçələrdə, daxili məhəllələrdə su kranlarının açıq qalmasına biganə yanaşmamaları, nasaz su kranları barədə müvafiq qurumları xəbərdar etmələri xahiş olunur.

Xatırladaq ki, “Bir Damcı” kampaniyası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Azərsu” ASC, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti və IDEA İctimai Birliyi tərəfindən təşkil olunur.

Ekologiya Ekologiya
Bu gün bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

Bu gün bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

Ekologiya Ekologiya
Sabah bəzi rayonlarda leysan olacaq, külək güclənəcək

Sabah bəzi rayonlarda leysan olacaq, külək güclənəcək

Ekologiya Ekologiya
Şuşa, Kəlbəcər və Laçında hava şəraiti açıqlanıb

Şuşa, Kəlbəcər və Laçında hava şəraiti açıqlanıb

Ekologiya Ekologiya
Göyçayda Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib

Göyçayda Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib

Ekologiya Ekologiya
Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar ağacəkmə tədbirləri davam edir

Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar ağacəkmə tədbirləri davam edir

Ekologiya Ekologiya
Bəzi yerlərdə arabir yağış yağıb - FAKTİKİ HAVA

Bəzi yerlərdə arabir yağış yağıb - FAKTİKİ HAVA

Ekologiya Ekologiya
Bakıda külək saniyədə 18 metrədək güclənib - YENİLƏNİB-2

Bakıda külək saniyədə 18 metrədək güclənib - YENİLƏNİB-2

Ekologiya Ekologiya
Bazar günü hava küləkli olacaq

Bazar günü hava küləkli olacaq

Ekologiya Ekologiya
Bakıda aylıq normadan çox yağıntı düşüb

Bakıda aylıq normadan çox yağıntı düşüb

Ekologiya Ekologiya
Yağıntının azlığı Naxçıvanın çaylarında doluluğun aşağı düşməsinə səbəb olub

Yağıntının azlığı Naxçıvanın çaylarında doluluğun aşağı düşməsinə səbəb olub

Ekologiya Ekologiya
Nazirlik rəsmisi: "Yasamalda baş verən hadisə torpaq sürüşməsi deyil, orda sürüşmə potensialı da yoxdur"

Nazirlik rəsmisi: "Yasamalda baş verən hadisə torpaq sürüşməsi deyil, orda sürüşmə potensialı da yoxdur"

Ekologiya Ekologiya
Sabah dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq

Sabah dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq