Çexiyanın tranzit-logistika şirkətləri Ələt Azad İqtisadi Zonasında iştiraka dəvət edilib

Çexiyanın tranzit-logistika şirkətləri Ələt Azad İqtisadi Zonasında iştiraka dəvət edilib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Çexiyaya səfəri çərçivəsində bu ölkənin XİN rəhbəri Yan Lipavski ilə görüşündə enerji sahəsində iki ölkə arasındakı mövcud əməkdaşlığa yaşıl və bərpa olunan enerji istiqamətlərinin əlavə edilməsi məsələlərini müzakirə edib.

“Report”un məlumatına görə, nazirlər Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan genişmiqyaslı bərpa-quruculuq layihələrində çex sərmayəçilərin iştirakı ətrafında fikir mübadiləsi aparıblar.

“Azərbaycan ərazisindən keçən Orta Dəhliz və ölkə ərazisində yerləşən Ələt Azad İqtisadi Zonasının təqdim etdiyi fürsətlərdən Çexiyanın tranzit-logistika şirkətlərinin istifadəsi kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb”, - XİN-in məlumatında deyilir.