MSK-nın iclası keçirilib, seçki hüquqlarına dair müraciət Baş Prokurorluğa göndərilib

MSK-nın iclası keçirilib, seçki hüquqlarına dair müraciət Baş Prokurorluğa göndərilib

Bu gün Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib.

APA-nın xəbərinə görə, iclasda Komissiyaya daxil olmuş müraciətə baxılıb.

Beynəlxalq müşahidə missiyası təmsilçilərinin, habelə media nümayəndələrinin iştirak etdiyi iclasda öncə həyata keçirilən araşdırılma prosesi barədə ətraflı məlumat verilib. Bildirilib ki, daxil olmuş müraciətlə əlaqədar, vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunması üçün Mərkəzi Seçki Komissiyası nəzdində ekspert qrupunun üzvü tərəfindən hərtərəfli və obyektiv araşdırma aparılıb, müvafiq rəy verilib və seçki qanunvericiliyində nəzərdə tutulmuş müddətdə və qaydada, operativ şəkildə iclasa çıxarılaraq Komissiya üzvlərinin müzakirəsinə təqdim olunub.

Mərkəzi Seçki Komissiyasının iclasında aparılan geniş müzakirələrdən sonra müraciətin aidiyyəti üzrə araşdırılması üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsinə qərar verilib.