Qüdrət Həsənquliyev: Qaradağda dənizdəki yarımçıq tikinti orada göz dağı kimi qalır

Qüdrət Həsənquliyev: Qaradağda dənizdəki yarımçıq tikinti orada göz dağı kimi qalır

Qaradağda dənizdə layihə üçün Dünya Bankından 1 milyard pul götürüldü, faktiki olaraq bu pul dağıdıldı. Qaradağda dənizdə olan yarımçıq tikinti göz dağı kimi orada qalır.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.

Deputat bildirib ki, dövlətin payı olan bankların və fondların bu cür layihələri maliyyələşdirilməsinə qadağa qoyulmalıdır: “Bu sənəd təsdiq olunandan sonra müəyyən icra hakimiyyəti orqanlarının ekspertiza aparılması üçün razılığı olmalıdır. Bunun maliyyə sənədləri və smeta xərcləri layihədə qeyd olunsa, yaxşı olar. Məsələn, tütünlə bağlı qanunda 34 milyon manat həddi qoyur. Bu, inhisarçılıq yaradır, amma bu hədd Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanun layihəsində qoyulmalıdır. Çünki bu, meqa layihədir, böyük ada yaradılır”.