Baş nazir Əl Tani: Qətər husilərlə danışıqlarda iştirak etmir

Baş nazir Əl Tani: Qətər husilərlə danışıqlarda iştirak etmir

Qətər Yəmən husiləri ilə danışıqlarda iştirak etməsə də, lakin regionda gərginliyi azaltmaq üçün İrana təzyiq edir.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Qətərin hökumət başçısı, xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdül Rəhman Əl Tani deyib.

O, Vaşinqtonda Atlantik Şurada çıxışı zamanı deyib: "Qətər husilərlə danışıqlarda vasitəçi rolunu oynamır. Biz İrana regionda təhlükəsizlik vəziyyətinin gərginliyini azaltmaq üçün təzyiq edirik".