Türkiyədə sunami xəbərdarlığı elan edilib

Türkiyədə sunami xəbərdarlığı elan edilib

Türkiyənin Hatay şəhərində baş verən 6,4 bal maqnitudalı zəlzələdən sonra sunami xəbərdarlığı elan edilib.

"Birxeber.Az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmologiya Mərkəzi məlumat yayıb.

Qeyd edək ki, fevralın 20-də yerli vaxtla saat 20:04-də Türkiyənin Hatay vilayətində 6,4 bal, saat 20:07-də isə bu vilayətin Samandağ rayonunda 5,8 bal maqnitudalı zəlzələ baş verib.

Episentri Hatay vilayətinin Defne rayonunda olan yeraltı təkanlar ətraf vilayətlərdə də hiss edilib.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Son məlumatlara görə, Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 41 156 nəfərə çatıb, yaralı sayı 108 000 nəfər təşkil edir.

Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 6 000-dən çox afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.

Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və onminlərlə itkiyə səbəb olub. Türkiyənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.

Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.

Zəlzələdən dərhal sonra Azərbaycanda qardaş ölkə üçün yardım toplanmasına başlanılıb.

Region Region
Azərbaycanın xilasediciləri dağıntılar altından daha bir yaşlı qadının meyitini çıxarıb

Azərbaycanın xilasediciləri dağıntılar altından daha bir yaşlı qadının meyitini çıxarıb

Region Region
Serj Sarqsyan: “Ermənistan ordusu dərəyə yuvarlanıb”

Serj Sarqsyan: “Ermənistan ordusu dərəyə yuvarlanıb”

Region Region
Türkiyə terror təşkilatının 36,4 milyard lirə qanunsuz gəlirinin qarşısını alıb

Türkiyə terror təşkilatının 36,4 milyard lirə qanunsuz gəlirinin qarşısını alıb

Region Region
Çavuşoğlu israilli həmkarı ilə Ankarada mətbuat konfransı keçirəcək

Çavuşoğlu israilli həmkarı ilə Ankarada mətbuat konfransı keçirəcək

Region Region
Ərdoğan üçüncü müddətə namizədliyini verməyəcək

Ərdoğan üçüncü müddətə namizədliyini verməyəcək

Region Region
Əhməd Obalı: "Urmiya gölünün qurudulması molla rejminin siyasətinin bir hissəsidir"

Əhməd Obalı: "Urmiya gölünün qurudulması molla rejminin siyasətinin bir hissəsidir"

Region Region
Ukrayna ilə Türkiyə arasında hərbi və sənaye sahəsində Anlaşma Memorandumu imzalanıb

Ukrayna ilə Türkiyə arasında hərbi və sənaye sahəsində Anlaşma Memorandumu imzalanıb

Region Region
Rusiya Təhlükəsizlik Şurası bəzi ölkələrlə diplomatik münasibətləri dayandırmağa çağırıb

Rusiya Təhlükəsizlik Şurası bəzi ölkələrlə diplomatik münasibətləri dayandırmağa çağırıb

Region Region
Paşinyan kütləvi etirazlar səbəbindən gizli şəkildə prezidentin kabinetinə köçüb

Paşinyan kütləvi etirazlar səbəbindən gizli şəkildə prezidentin kabinetinə köçüb

Region Region
Ermənistan ordusunun əsgəri öldürülüb

Ermənistan ordusunun əsgəri öldürülüb

Region Region
Putin 80 min səfərbər olunan şəxsin artıq Ukraynada olduğunu açıqlayıb

Putin 80 min səfərbər olunan şəxsin artıq Ukraynada olduğunu açıqlayıb

Region Region
Putin Krım körpüsünə hücumu mənasız terror aktı adlandırıb

Putin Krım körpüsünə hücumu mənasız terror aktı adlandırıb