Süni torpaq sahələrinin daha uzun müddətə icarəyə verilməsi təklif olunur

Süni torpaq sahələrinin daha uzun müddətə icarəyə verilməsi təklif olunur

Xəzər dənizində süni torpaq sahələrinin icarəyə verilməsi üçün nəzərdə tutulan 6 il müddət azdır.

“Report” xəbər verir ki, bunu bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Vüqar Bayramov bildirib.

"Bu kimi böyük layihələrin icrasına iş adamlarının cəlb edilməsi üçün müddətin artırılmasını təklif edirəm. Bundan başqa, süni torpaq sahələrinin icarəyə verilməsi üçün qiymətlər və bunun meyarları müəyyənləşdirilməlidir", - deyə o qeyd edib.