Azərbaycan Basketbol Federasiyasının yeni loqosu təqdim olunub
Azərbaycan Basketbol Federasiyasının yeni loqosu təqdim olunub.
"Birxeber" xəbər verir ki, loqoda basketbol topu, basketbol meydançası, bayraq lentləri və buta simvolu yer alıb.
Loqodan veb-saytlarda, milli komanda formalarında istifadə olunacaq.
Eyni zamanda milli komandanın formaları təqdim edilib. Formalarda Azərbaycan adı, oyunçuların soyadı və forma nömrəsi əksini tapıb.