Ödənişli yolda qəza olub, altı nəfər xəsarət alıb - FOTO - YENİLƏNİB-1

Ödənişli yolda qəza olub, altı nəfər xəsarət alıb - FOTO - YENİLƏNİB-1

22 aprel saat 21:00 radələrində Bakı-Quba-Rusiya Federasiyası sərhədi yeni ödənişli avtomobil yolunun Xaçmaz rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verməsi səbəbilə 6 nəfər (4-ü qadın cinsli, 2-si kişi cinsli olmaqla) Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Bu barədə TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib.

Onlara bədənin müxtəlif nayihələrinin travmaları diaqnozu təyin edilib.

Xəsarət alanlardan 4 nəfər ambulator müalicə üçün evə buraxılıb. 2 nəfər öz istəyilə Bakı şəhərində yerləşən özəl tibb müəssisələrinin birinə təxliyə edilib.

***

22 aprel, 23.25

Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi ödənişli avtomobil yolunun Xaçmaz rayonu ərazisindən keçən hissəsində baş verən yol-nəqliyyat hadisəsində xəsarət alanların sayı artıb.

APA xəbər verir ki, hadisə zamanı minik avtomobildə olan 7 nəfərdən 5-i Rusiya vətəndaşıdır.

Onların adı aşağıdakı kimidir:

Makiyev Aleksey Fyodoroviç (1961)

Makiyeva Elena Nikolayevna (1977);

Mark Denis Nikolayeviç (2007);

Milena Denis Nikolayevna (2001).

Digər iki nəfər isə Göyçay sakinləri, 1972-ci il təvəllüdlü Humay Xəlilova və 1993-cü il təvəllüdlü Gülnar Məmmədovadır.

***

Saat 22:20

Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi ödənişli avtomobil yolunun Xaçmaz rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Şimal bürosu xəbər verir ki, KIA markalı avtomobil yoldan çıxaraq aşıb.

Nəticədə dörd nəfər - Rusiya Federasiyası vətəndaşı, 1961-ci il təvəllüdlü Makiyev Aleksey Fyodoroviç, 1977-cil təvəllüdlu Makiyeva Elena Nikolayevna, 2007-ci il təvəllüdlü Mark Denis Nikolayeviç və Göyçay sakini, 1972-ci il təvəllüdlü Humay Xəlilova xəsarət alıblar.

Onlar xəstəxanaya yerləşdirilib.

Qəzanın baş vermə səbəbləri araşdırılır.

Cəfər Talıb

Aləmdə Nəsib