Almaniyalı deputatın köməkçisi Çinə casusluqda şübhəli bilinərək həbs edilib

Almaniyalı deputatın köməkçisi Çinə casusluqda şübhəli bilinərək həbs edilib

Almaniyalı deputatın köməkçisi Çinə casusluqda şübhəli bilinərək həbs edilib.

Birxeber.Az DW-yə istinadən xəbər verir ki, həbs olunan Jian G adlı şəxsin Avropa Parlamenti seçkilərində Almaniyanın sağçı populist AFD partiyasının əsas namizədi Maksimilian Kranın köməkçisi olduğu deyilir.

Jian G Çinin xeyrinə casusluq etməkdə şübhəli bilinir.

Jian G parlamentin əməliyyatları haqqında məlumatı Çin Dövlət Təhlükəsizlik Nazirliyinə (MSS) ötürməkdə şübhəli bilir. Onun hazırladığı hesabatlarda çinli müxalifət üzvlərinə xüsusi diqqət yetirildiyi bildirilir.