Narkotikin qanunsuz dövriyyəsi barədə ümumilikdə 2 min 909 cinayət faktı aşkarlanıb

Narkotikin qanunsuz dövriyyəsi barədə ümumilikdə 2 min 909 cinayət faktı aşkarlanıb

Bu ilin 3 ayı ərzində hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 2 min 909 cinayət faktı aşkarlanıb.

“Report” xəbər verir ki, bu barədə məlumat Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının hesabatında öz əksini tapıb.

Hesabatda qeyd olunub ki, bunların 821-i narkotik vasitələrin qanunsuz satışı, 2076-sı narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 12-si isə narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi ilə bağlı olub.

“Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 1 ton 787 kq 303,666 qr narkotik vasitələrin və psixotrop maddələrin 271 kq 179,209 qr-nı heroin,1 ton 351 kq 080,549 qr-nı marixuana, 53 kq 146,627 qr-nı tiryək, 23 kq 560,45 qr-nı həşiş, 80 kq 107,451 qr-nı psixotrop maddələr,8 kq 229,38 qr-nı digər narkotik vasitələr təşkil etmişdir. Həmçinin göstərilən dövr ərzində 690 ədəd metadon həbi, 135 ədəd çətənə kolu və 186,3 qr güclü təsir edən maddə qanunsuz dövriyyədən götürülüb”, - məlumatda bildirilib.