Azərbaycanda qızıl hasilatçısı növbəti dəfə Kanada şirkətində payını artırıb

Azərbaycanda qızıl hasilatçısı növbəti dəfə Kanada şirkətində payını artırıb

Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkəti növbəti dəfə Kanadanın “Libero Copper & Gold Corporation" şirkətində payını artırıb.

Bu barədə “Report” "Anglo-Asian Mining Plc." şirkətinə istinadən xəbər verir.

Bildirilib ki, şirkət “Libero Copper"in 3,2 milyon ədəd səhmini 355 min ABŞ dollarına (480 min Kanada dolları) əldə edib.

“Anglo-Asian Mining"in Kanada şirkətindəki payı bununla da 19,8 %-ə çatıb və şirkətin ümumi sahib olduğu adi səhmlərin sayı isə 21,3 milyon ədədə çatıb.

“Anglo Asian Mining” şirkətinin baş direktoru Reza Vəziri bu məsələni şərh edərkən bildirib ki, şirkət bu il artıq ikinci sərmayəsini edir.

O bildirib ki, bu, "Anglo-Asian Mining Plc."in “Libero Copper & Gold Corporation" şirkətinə ümumilikdə edilən dördüncü sərmayədir: “Libero” şirkəti Amerika qitəsində maraqlı mis aktivləri və təcrübəli idarə heyətinə malikdir. Önümüzdəki aylarda “Libero”nun tərəqqisi ilə bağlı səhmdarlarımızı məlumatlandırmağı səbirsizliklə gözləyirəm".

Qeyd edək ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51 %, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49 % təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb. “Gədəbəy” bir-birinə inteqrasiya olunmuş mədənləri olan açıq mədəndir. Şirkət ərazidə yerləşən “Qadir” və “Gədəbəy” yatağından 50 km aralıdakı “Qoşa” yeraltı mədənində, yeni kəşf olunan "Uğur" yatağında da hasilatla məşğuldur.

Sənaye Sənaye
Zakir İbrahimov: “Mütəxəssislərin qanuni fəaliyyətinə imkan yaradılmaması narahatlıq doğurur”

Zakir İbrahimov: “Mütəxəssislərin qanuni fəaliyyətinə imkan yaradılmaması narahatlıq doğurur”

Sənaye Sənaye
“Təmiz Şəhər”in Müşahidə Şurasının növbəti iclası keçirilib

“Təmiz Şəhər”in Müşahidə Şurasının növbəti iclası keçirilib

Sənaye Sənaye
“AzerGold”un sədri Naxçıvana səfər edib

“AzerGold”un sədri Naxçıvana səfər edib

Sənaye Sənaye
Azərbaycanda qızıl istehsalçısı iyulda səhmdarlarına dividend ödəyəcək

Azərbaycanda qızıl istehsalçısı iyulda səhmdarlarına dividend ödəyəcək

Sənaye Sənaye
Azərbaycanda investisiya müsabiqəsinə çıxarılacaq iri müəssisələrin siyahısı açıqlanıb

Azərbaycanda investisiya müsabiqəsinə çıxarılacaq iri müəssisələrin siyahısı açıqlanıb

Sənaye Sənaye
Avstriya şirkəti sənaye zonalarına investisiya yatırmağa dəvət edilib

Avstriya şirkəti sənaye zonalarına investisiya yatırmağa dəvət edilib

Sənaye Sənaye
Assosiasiya: "Azərbaycanın gön-dəri istehsalçıları yerli bazara məhsul çıxara bilmir"

Assosiasiya: "Azərbaycanın gön-dəri istehsalçıları yerli bazara məhsul çıxara bilmir"

Sənaye Sənaye
Azərbaycanda 2 yatağın mineral ehtiyatları yenidən qiymətləndirilib

Azərbaycanda 2 yatağın mineral ehtiyatları yenidən qiymətləndirilib

Sənaye Sənaye
İZİA və AFEZ arasında təcrübə mübadiləsinin aparılması müzakirə edilib

İZİA və AFEZ arasında təcrübə mübadiləsinin aparılması müzakirə edilib

Sənaye Sənaye
Ağdamda tullantıların idarə edilməsi üzrə pilot layihə həyata keçiriləcək

Ağdamda tullantıların idarə edilməsi üzrə pilot layihə həyata keçiriləcək

Sənaye Sənaye
“Borjomi”də kütləvi ixtisarlar başlayıb

“Borjomi”də kütləvi ixtisarlar başlayıb

Sənaye Sənaye
Mətin Eynullayev: “AzerGold”un il ərzində fəaliyyətində müsbət dinamika müşayiət olunub”

Mətin Eynullayev: “AzerGold”un il ərzində fəaliyyətində müsbət dinamika müşayiət olunub”