Fransanın erməniəsilli jurnalisti Ermənistana buraxılmayıb

Fransanın erməniəsilli jurnalisti Ermənistana buraxılmayıb

Fransanın erməniəsilli jurnalisti Leo Nikolyanın Ermənistana girişi qadağan edilib.

“Birxeber.Az” xəbər verir ki, məlumatı “Aysor” yayıb.

Bildirilib ki, o, İrəvanda “Zvartnos” beynəlxalq hava limanında aclıq elan edib.

“Mən Ermənistanı tərk etmirəm, “Zvartnos” hava limanında pasport bölməsinin qarşısında aclıq elan edirəm”, - o vurğulayıb.

Leo Nikolyan bildirib ki, ölkəyə girişə qadağa ilə bağlı qərar ona təqdim edilməyib.

Jurnalistin sözlərinə görə, o, 1991-1994-cü illərdə Azərbaycanın Qarabağ bölgəsində yaşayıb və orada yaralanıb.