"Visa" Yay Olimpiya Oyunlarında bazara yeni təmassız məhsul çıxaracaq

"Visa" Yay Olimpiya Oyunlarında bazara yeni təmassız məhsul çıxaracaq

"Visa" beynəlxalq kart təşkilatı "Paris-2024" Yay Olimpiya Oyunlarında bazara yeni təmassız məhsul çıxaracaq.

"Report" xəbər verir ki, bunu "Visa" şirkətinin Azərbaycandakı baş direktoru və regional meneceri Nurlan Hacıyev Milli Olimpiya Komitəsi ilə birgə keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, "Visa" hər yay olimpiya oyunlarında bazara yeni, daşınan təmassız məhsullar çıxarır: "Bu dəfə də yeni məhsulla bazara çıxacağıq. Düşünürük ki, bu, artıq "Visa"da ənənə halını alıb və hər yay olimpiya oyunu bizim üçün yeni innovasiyanı bazara çıxarmaq deməkdir".