Bu il narkotiklə bağlı 22 əcnəbi tutulub

Bu il narkotiklə bağlı 22 əcnəbi tutulub

Bu il 3 ayı ərzində narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 1615 nəfər cəlb edilib, həmin şəxslərdən 1564-ü kişi, 51-i qadın olub.

APA xəbər verir ki, bu barədə Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyası məlumat yayıb.

Bildirilib ki, cinayət məsuliyyətinə cəlb edilmiş 22 nəfəri xarici ölkə vətəndaşından 99 kq 487,934 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə götürülüb.