Britaniya Ukraynaya tarixinin ən böyük maliyyə yardımını edəcək

Britaniya Ukraynaya tarixinin ən böyük maliyyə yardımını edəcək

Böyük Britaniya Ukraynaya krallıq tarixinin ən nəhəng yardım paketini göndərəcək.

Birxeber.Az-nın “Reuters”ə istinadən xəbərinə görə, bu gün Polşaya səfər edəcək Baş nazir Rişi Sunakın bu barədə açıqlama verəcəyi gözlənilir.

Varşavada Donald Tusk və NATO-nun Baş katibi Yens Stoltenberqlə görüşən hökumət rəhbəri daha sonra Berlinə gedərək, kansler Olaf Şoltsla müzakirə aparacaq.

Qeyd edək ki, 500 milyon funt-sterlinq, yəni təqribən 618 milyon ABŞ dolları məbləğində əlavə dəstək paketi ilə birlikdə krallığın bu il adı çəkilən ölkəyə göstərdiyi yardımın məbləği 3 milyard dollara çatacaq.