Buryatiyada yanğında 3 uşaq ölüb

Buryatiyada yanğında 3 uşaq ölüb

Rusiyanın Buryatiya Respublikasında yanğında üç nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə respublikanın Mülki Müdafiə və Fövqəladə Vəziyyət Agentliyi bildirib.

Məlumata görə, Treskovo kəndində baş vermiş hadisədə ölən üç nəfərin hamısı uşaqdır.

“Aprelin 23-də səhər saatlarında Kabanski rayonunun Treskovo kəndində yaşayış binasında yanğın baş verib. Şkafda həyat əlaməti olmayan üç körpə tapılıb”, – qurum açıqlayıb.

Hazırda yanğın lokallaşdırılıb, ev konstruksiyalarının suvarılması işləri davam etdirilir. Yanğının söndürülməsinə 8 nəfər və 3 texnika cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.