Qadın voleybolçulardan ibarət Azərbaycan çempionatının qalibi bəlli olur

Qadın voleybolçulardan ibarət Azərbaycan çempionatının qalibi bəlli olur

Bu gün qadın voleybolçulardan ibarət Azərbaycan çempionatının qalibi müəyyənləşəcək.

"Birxeber.Az"un məlumatına görə, final matçında "Azərreyl"lə "Abşeron" üz-üzə gələcəklər.

Bakı İdman Sarayında reallaşacaq qarşılaşma saat 16:00-da start götürəcək.

Daha əvvəl “Murov Az Terminal” "Gəncə"ni 3:0 hesabı ilə üstələyərək bürünc medala sahib çıxıb.

Final görüşündən sonra kişi və qadın voleybolçuların mükafatlandırma və turnirin bağlanış mərasimi təşkil ediləcək.