Bakıda 15 yaşlı gənc yol qəzasında xəsarət alıb 

Bakıda 15 yaşlı gənc yol qəzasında xəsarət alıb 

Bakının Qaradağ rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, Müşviq qəsəbəsində avtomobil hərəkətdə olarkən idarəetməni itirərək beton maneəyə çırpılıb.

Hadisə zamanı avtomobildə olan sərnişin 2009-cu il təvəllüdlü Məmmədov Anar Valid oğlu yaralanıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.