ABŞ-də beş nəfərin meyiti tapılıb

ABŞ-də beş nəfərin meyiti tapılıb

ABŞ-nin Oklahoma Siti şəhərində beş nəfərin meyiti tapılıb.

APA xəbər verir ki, bu barədə ABC televiziyası şəhər polisinə istinadən məlumat yayıb.

Bildirilib ki, hüquq-mühafizə orqanları onları kütləvi qətlin qurbanı hesab edir.

Meyiti tapılanlardan ikisi uşaqdır.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.