Bakıda 16 yaşlı gənci avtomobil vurub

Bakıda 16 yaşlı gənci avtomobil vurub

Bakının Suraxanı rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Birxeber.Az"un məlumatına görə, Yeni Günəşli qəsəbəsində avtomobil yolu keçən 2008-ci il təvəllüdlü Quluzadə S.-ni vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.