Bayden və Ursula Fon der Lyayen Kiyevə dəstək yollarını müzakirə ediblər

Bayden və Ursula Fon der Lyayen Kiyevə dəstək yollarını müzakirə ediblər

ABŞ Prezidenti Co Bayden və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen telefon danışığı aparıblar.

APA xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Tərəflər Ukraynaya dəstək yollarını müzakirə ediblər.

Fon der Lyayen Baydeni ABŞ Nümayəndələr Palatasının aprelin 20-də Vaşinqtona Kiyevə böyük silah satışını bərpa etməyə icazə verən qanun layihəsini təsdiq etməsi münasibətilə təbrik edib.

“Bu, Senatdan keçdikdən və qanun imzalandıqdan sonra Ukraynanın döyüş meydanında ehtiyaclarını ödəmək üçün əsas olacaq”, - deyə Bayden vurğulayıb.