Şimali Koreyada nüvə təlimləri keçirilib

Şimali Koreyada nüvə təlimləri keçirilib

Şimali Koreya 600 millimetrlik reaktiv yaylım atəş sistemlərindən (RYAS) istifadə edərək şərti nüvə əks-hücumunu həyata keçirmək üçün taktiki təlimlər keçirib.

“Birxeber.Az” xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi bildirib.

Məlumata görə, təlimlərə Şimali Koreya lideri Kim Çen In rəhbərlik edib.

Qeyd olunub ki, təlimlərdə “Nüvə silahının tətiyi” və “Vulkan xəbərdarlığı” sistemlərindən istifadə olunub.