Ərdoğan İraq Kürdüstan Regionunun başçısı ilə terrorla mübarizəni müzakirə edib - FOTO

Ərdoğan İraq Kürdüstan Regionunun başçısı ilə terrorla mübarizəni müzakirə edib - FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani və Baş nazir Məsrur Bərzanini qəbul edib.

Birxeber.Az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Görüşdə regional və qlobal problemlər, terrorla mübarizə müzakirə edilib.

Prezident Ərdoğan görüşdə İraqın gündən-günə zorakılıqdan uzaqlaşmasının sevindirici olduğunu, PKK məsələsinin gündəmdən çıxarılmasının zamanının gəldiyini, vurğulayıb.

Ərdoğan Türkiyənin terrorla mübarizəyə önəm verdiyini deyib.