Sabiq icra başçısının cəzası azaldıldı - FOTO

Sabiq icra başçısının cəzası azaldıldı - FOTO

Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyətinin sabiq başçısı Məharət Mustafayev, İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin sabiq rəisi Əli Rüstəmov və sahibkar Razin Qəhrəmanov barəsindəki hökmdən verilmiş şikayətlə bağlı qərar elan olunub.

Birxeber Birxeber-ya istinadən xəbər verir ki, Gəncə Apellyasiya Məhkəməsində hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən iclasda şikayətlərin təmin olunmadığı elan olunub.

Qərara əsasən, birinci instansiya məhkəməsinin hökmü qismən dəyişdirilib, Məharət Mustafayev və Əli Rüstəmlinin cəzası 1 il azaldılaraq 3 ilə endirilib.

Razin Qəhrəmanov barəsindəki hökm isə qüvvədə saxlanılıb.

Məhkum şəxslərin həbs müddəti saxlandıqları gündən (2020-ci il 23 avqust) hesablandığı üçün yekun olaraq hər birinin 1 il 9 ay çəkilməmiş cəza müddəti qalıb.

Xatırladaq ki, Məharət Mustafayev və digərləri Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyatla həbs olunublar. Təqsirləndirilən şəxslər barəsində Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərini aşma), 178.3.2-ci (dələduzluq), 178.2.4, 178.2.2, 178.2.3-cü, 311.3.1-ci (rüşvət alma), 311.3.1, 311.3.2, 312.2-ci (rüşvət vermə), 314-cü (Qanunla müəyyən olunmuş qaydaları pozmaqla torpaq sahələri ayırma, yaxud tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə) maddələri ilə yekun ittiham verilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Məharət Mustafayev və Əli Rüstəmov Cinayət Məcəlləsinin 62-ci (sanksiya həddindən aşağı cəza təyin etmə) maddəsi tətbiq edilməklə 4 il müddətinə azadlıqdan məhrum ediliblər. Razin Qəhrəmanova isə 10 min manat cərimə cəzası təyin edilərək barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilib.

Birxeber
HADİSƏ HADİSƏ
Bir il əvvəl əfvə düşən şəxs yeniyetməni bıçaqladı

Bir il əvvəl əfvə düşən şəxs yeniyetməni bıçaqladı

HADİSƏ HADİSƏ
Gəncədə narkotik satan və alan şəxslər şəxslər saxlanılıb

Gəncədə narkotik satan və alan şəxslər şəxslər saxlanılıb

HADİSƏ HADİSƏ
“Bakı Metropoliteni” rəhbərinin adından dələduzluğa cəhd edilib

“Bakı Metropoliteni” rəhbərinin adından dələduzluğa cəhd edilib

HADİSƏ HADİSƏ
Qadınları fahişəliyə cəlb edən şəxs HƏBS OLUNDU

Qadınları fahişəliyə cəlb edən şəxs HƏBS OLUNDU

HADİSƏ HADİSƏ
Nikolayevdə güclü partlayış baş verib

Nikolayevdə güclü partlayış baş verib

HADİSƏ HADİSƏ
Bakıda qəzaya düşən polislərin adları məlum oldu

Bakıda qəzaya düşən polislərin adları məlum oldu

HADİSƏ HADİSƏ
Bakıda yanmış meyiti tapılan qadın müəllim öldürülübmüş... - TƏFƏRRÜAT

Bakıda yanmış meyiti tapılan qadın müəllim öldürülübmüş... - TƏFƏRRÜAT

HADİSƏ HADİSƏ
Cəlilabadın sabiq başçısının məhkəməsində 12 şahid dindirilib

Cəlilabadın sabiq başçısının məhkəməsində 12 şahid dindirilib

HADİSƏ HADİSƏ
İqtisadiyyat Nazirliyi “McDonald’s Azerbaijan”ı məhkəməyə verdi

İqtisadiyyat Nazirliyi “McDonald’s Azerbaijan”ı məhkəməyə verdi

HADİSƏ HADİSƏ
Masallıda qaydaları pozan 20-dən artıq sürücü cərimə olunub

Masallıda qaydaları pozan 20-dən artıq sürücü cərimə olunub

HADİSƏ HADİSƏ
Bakıda 32 yaşlı kişini avtomobil vurub

Bakıda 32 yaşlı kişini avtomobil vurub

HADİSƏ HADİSƏ
İsmayıllıda avtoxuliqan həbs edilib - FOTO

İsmayıllıda avtoxuliqan həbs edilib - FOTO