Türkiyədə zəlzələdən sonra axtarış-xilasetmə işlərinin başa çatdığı şəhərlər açıqlanıb

Türkiyədə zəlzələdən sonra axtarış-xilasetmə işlərinin başa çatdığı şəhərlər açıqlanıb

Kahramanmaraş və Hatay istisna olmaqla digər şəhərlərdə axtarış-xilasetmə işləri başa çatıb.

“Report”Anadolu”ya istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) sədri Yunus Sezer brifinqdə açıqlayıb.

“İllərin böyük qismində axtarış-xilasetmə işləri başa çatıb. Hər gün canlı bir qardaş-bacımıza yetişmək ümidi ilə fəaliyyətimizi davam etdiririk”, - o vurğulayıb.

Qeyd edək ki, zəlzələnin fəsadları ölkənin 11 şəhərini – Adana, Adıyaman, Diyarbakır, Elazığ, Qaziantep, Hatay, Kahramanmaraş, Kilis, Malatya, Osmaniye və Şanlıurfanı əhatə edib.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.

Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 6 000-dən çox afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.

Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və onminlərlə itkiyə səbəb olub. Son məlumatlara görə, zəlzələ nəticəsində Türkiyədə 40 689 nəfər dünyasını dəyişib.

Türkiyənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.

Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.

Zəlzələdən dərhal sonra Azərbaycanda qardaş ölkə üçün yardım toplanmasına başlanılıb.

Region Region
Aİ Semyon Peqova qarşı sanksiyalar tətbiq etməyi təklif edir

Aİ Semyon Peqova qarşı sanksiyalar tətbiq etməyi təklif edir

Region Region
XİN başçısı: “Gürcüstan mütləq Aİ-nin üzvü olacaq”

XİN başçısı: “Gürcüstan mütləq Aİ-nin üzvü olacaq”

Region Region
Partiya sədri: “Biz Türkiyəni terror təşkilatının qurbanına çevirə bilmərik”

Partiya sədri: “Biz Türkiyəni terror təşkilatının qurbanına çevirə bilmərik”

Region Region
İstanbulda partlayış zamanı 6 nəfər ölüb, 53 nəfər yaralanıb - YENİLƏNİB-3

İstanbulda partlayış zamanı 6 nəfər ölüb, 53 nəfər yaralanıb - YENİLƏNİB-3

Region Region
ATƏT sədri Gürcüstan XİN başçısı ilə Qara dəniz regionunda təhlükəsizliyi müzakirə edib

ATƏT sədri Gürcüstan XİN başçısı ilə Qara dəniz regionunda təhlükəsizliyi müzakirə edib

Region Region
Ekspert: “İranda əxlaq polisinin ləğvi ilə bağlı açıqlama diqqəti yayındırmaq məqsədi daşıyır”

Ekspert: “İranda əxlaq polisinin ləğvi ilə bağlı açıqlama diqqəti yayındırmaq məqsədi daşıyır”

Region Region
Ukrayna Prezident Ofisinin rəsmisi İrana zərbə endirməyə çağırıb

Ukrayna Prezident Ofisinin rəsmisi İrana zərbə endirməyə çağırıb

Region Region
Peskov: "MDB sammiti dekabrın sonunadək keçirilə bilər"

Peskov: "MDB sammiti dekabrın sonunadək keçirilə bilər"

Region Region
Rza Pəhləvi: "SEPAH-ın terrorçular siyahısına daxil edilməsi üçün səylər artırılmalıdır"

Rza Pəhləvi: "SEPAH-ın terrorçular siyahısına daxil edilməsi üçün səylər artırılmalıdır"

Region Region
Zelenski Lvova gedib

Zelenski Lvova gedib

Region Region
KİV: "Ermənistanın dövlət qurumlarında kadr çatışmazlığı var"

KİV: "Ermənistanın dövlət qurumlarında kadr çatışmazlığı var"

Region Region
Britaniya kəşfiyyatı: “Kreml rusları işğal olunmuş ərazilərə nəzarət etdiyinə inandırır”

Britaniya kəşfiyyatı: “Kreml rusları işğal olunmuş ərazilərə nəzarət etdiyinə inandırır”